Xarici diplomatlar müxalifət liderləri ilə görüşüb

Sizin brauzer HTML5-i dəstəkləmir

Aprelin 24-ü «Müsavat» partiyasının qərargahında Azərbaycandakı diplomatik korpusun nümayəndələri ilə İctimai Palatanın koordinasiya şurasının qapalı görüşü keçirilib. Avropa Şurasının Bakı ofisinin rəhbəri və Almaniyanın Azərbaycandakı səfiri də daxil olmaqla toplantıda ATƏT-in Bakı nümayəndəliyi, ABŞ, Böyük Britaniya, İtaliya, Norveç və digər ölkələrdən 20-yə yaxın diplomat iştirak edib.