Müxalif gənclər Gül bayramına etiraz etdilər

Gül bayramı

Mayın 10-da bir qrup müxalifyönlü gənc Gül bayramına etiraz olaraq Bakıda aksiya keçirib.

Gənclər ağızları bağlı, əllərində «Biz Gül bayramı istəmirik, biz demokratiya istəyirik» şüarı yazılmış plakatla Kukla Teatrından Xalça Muzeyinə qədər səssiz yürüş keçiriblər.

Gənclərin bir qrupunun əynində vicdan məhbusları sayılan şəxslərin fotoları olan köynəklər var idi. Amma 20-yə yaxın köynəyi polis aksiyaçıların əlindən alıb.

Polis bir neçə nəfəri saxlasa da, az sonra onlar sərbəst buraxılıb.

Mayın 10-u keçmiş prezident Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar Bakıda Gül bayramı keçirilir.