İlham Əliyev Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

Bakı, 28 may 2012

Azərbaycan prezidenti İlham Əliyev mayın 28-də Respublika Günü münasibətilə paytaxtın İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib.

Abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb. Prezident abidənin önünə əklil qoyub. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.