Məşhur yazıçı Ray Bradbury 91 yaşında vəfat edib

Məşhur yazıçı Ray Bradbury

İyunun 6-da dünyaca məşhur yazıçı Ray Bradbury vəfat edib. Bu barədə məlumatı USA Today qəzeti yayıb. Məlumata görə, yazıçı Californiyada yaşadığı evdə vəfat edib.
1940-cı illərdən məşhurlaşmağa başlayan yazıçı «Mars xronikaları» (1950), «Şəkilli kitabdakı adam» (1951), «Günəşin qızıl almaları» (1953) kitablarıyla tanınıb.

1955-ci ildə çap edilmiş «Farenheytlə 451» əsəri isə yazıçıya dünya şöhrəti gətirib.

Yazıçının əsərlərində elmi-fantastik əsərlərində ictimai problemlərdən bəhs edilir.
Ray Bradburynin bir neçə hekayəsi azərbaycan dilinə tərcümə edilib.