Zabit İlqar Verdiyev vəfat edib

Azərbaycan Ordunun Goranboy rayonu istiqamətində minaya düşərək ağır yaralanan zabiti İlqar Verdiyev iyunun 14-də vəfat edib. Bu barədə APA-ya Silahlı Qüvvələrin Mərkəzi Hərbi Kliniki Hospitalından məlumat verilib.

Hadisə iyunun 9-dan 10-na keçən gecə Azərbaycan – Ermənistan qoşunlarının təmas xəttində, Goranboy istiqamətində qeydə alınıb. Əvvəlcə hərbi hissənin mühəndis-istehkam xidmətinin rəisi Zahir Məmmədov minaya düşüb. Yaralı zabiti götürmək üçün ona yaxınlaşan mühəndis-istehkam bölüyünün komandiri İ.Verdiyev ikinci minanın partlaması nəticəsində yaralanıb. Yaralılar Ağdamda hospitala yerləşdiriliblər. İ.Verdiyevin sağ qolu, Z. Məmmədovun isə ayağı amputasiya olunub.

Sonradan onlar Silahlı Qüvvələrin Mərkəzi Hərbi Kliniki Hospitalına yerləşdiriliblər.

İlqar Verdiyevin vəziyyəti ağır qiymətləndirilirdi.

İlqar Verdiyev bir müddət əvvələ qədər Müdafiə Nazirliyinin mətbuat xidmətinin zabiti olub.