Hilal Məmmədov 3 ay müddətinə azadlıqdan məhrum edildi

Sizin brauzer HTML5-i dəstəkləmir

Hüquq müdafiəçisi, "Talışın səsi" qəzetinin baş redaktoru Hilal Məmmədov iyunun 21-də yaşadığı evin yaxınlığında saxlanıb. Polis onun cibindən və evindən heroin tapıldığını bildirir. Özü və yaxınları narkotik maddənin cibinə polis tərəfindən atıldığını bildirir.