Elmar Şahmar. Yoldadı

-
Yoldadı

Bu gecə də belə gəldi,
gedir – sabah yoldadı.
Ahım ürəyimi dəldi,
sabahkı ah – yoldadı.
Kimi öpüb əzizləyər,
kimi acı söz deyər.
Yığılıb məni gözləyir,
neçə günah – yoldadı.
Baxar Aya, baxar Günə,
bəşər sevinməz yenə.
Hər insanın ürəyinə
gələr Allah – yoldadı.

kult.az