Fərid Hüseyn. Ölümə çağırmadılar

-
ÖLÜMƏ ÇAĞIRMADILAR

Çox gülmədim deyəsiz,
gülüb özündən getdi.
Mən öləndə deyərsiz,
ölüb özündən getdi.

Bu dərd yolun fikirli,
mən öz-özümə getdim.
Ölümə çağırmadılar,
salıb üzümə getdim.

"Ulduz"