Türkan Urmulu. Ankara...

-

Ankara
əski bir apartmanın altıncı qəti
121 pillə
Asansorsuz
Otağımın pəncərəsi açıq
Quşlar mənə daha yaxın uçurlar
Günəş də gülür bu günlər
əriyib deyəsən bu boz şəhərin buzları
sovuşub qara qara buludları ...
bir də damlardaki sayısız uydu antenlərinə gülürəm
bu insanlar nəyin peşindədirlər görəsən!
Nəysə bir şeylərin şeir olması gərəklidir sanki
Bəlkə yoxluğunun acığını
sayıqlayaraq sözcüklərdən çıxartmaq istəyirəm
bilməyirəm
yanlız bu şəhərin ən yüksək noqtasına çıxıb bağıraraq
səni
səni
səni
səni mən yaman özləyirəm ...