Furqan Sadıq. Dünya yalanmış sən demə...

-

Dünya yalanmış sən demə...

Dünya yalanmış sən demə...
Yalanmış gördüyüm hər şey...
Yalanmış başdan-ayağa
bu yer, bu göy...
Dünya yalanmış sən demə...

Bax dünyanın gözlərinə,
həqiqətdən başqa hər şey...
Yalanı doğma dünyanın
həqiqəti ögey-ögey...

Dünya yalanmış sən demə...
Neynim yalançı dünyanı?..
Ən böyük həqiqəti də
yalanmış qoca dünyanın...