İran Azərbaycan vətəndaşları üçün müvəqqəti viza rejimi tətbiq edir

Foto arxiv

İran avqustun 5-dən 31-dək Azərbaycan vətəndaşları üçün viza rejimi tətbiq edib.

APA-nın məlumatına görə, bu həmin müddət Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının Tehranda keçiriləcək zirvə toplantısı ilə əlaqədardır.

İranın Xarici İşlər Nazirliyi bununla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə müvafiq nota göndərib.

Avqustun 31-dən sonra əvvəlki viza rejimi bərpa olunacaq.