Ədalət Əsgəroğlu. Sonaladı əcəl məni

-

Sonaladı əcəl məni,
Ölümümdən keçib gəldim.
Neynim, bu gün yoxdu çəmi,
Sabaha and içib gəldim.

Qana tutma qızıl teşti,
Canım birdi, qəmi beşdi.
Qaş qaraldı, gördüm gecdi,
Qəmə yoldaş uçub gəldim.

Gümanımın üzü soyuq,
Sinəm viran, oyuq-oyuq.
Sənsən qibləm - səndən buyruq,
Gor evimi seçib gəldim.