ƏDALƏT ƏSGƏROĞLU. SONRADAN BEZDİYİN NƏDİR?

-


Dəli könül, ah-vayınan,
Bu zülmə dözdüyün nədi?
Bir söz denən haqq-sayınan,
Üz verib üzdüyün nədi?

Canımı aldın beh kimi,
Üstümə düşdün şeh kimi.
Fırladırsan təsbeh kimi
Qırdığın, düzdüyün nədi?

Fələk qara donun geyib,
Şəstilən qəddimi əyib.
Sən buna da şükür deyib,
Sonradan bezdiyin nədi?