Ədalət Əsgəroğlu. Duruşu şahanə könül...

-

Duruşu şahanə könül,
Belə dayan qurban sənə.
Yüzü başına dolana
Yenə mənəm yanan sənə.

Öz şəninə hürr olalı
Bir adına pir olalı
Biz birləşib bir olalı
Neylədi ki yaman sənə.

Əsgəroğlum şükür haqqa,
Gün yaraşır gülən baxta.
Eşqilən çıxmısan taxta
Gətirmişəm iman sənə.