Ədalət Əsgəroğlu. Soruş...

-

Könüllərin dönüşünü
Eşqi car olandan soruş.
Eşqisiz mən kiməm ki
Gülü xar olandan soruş.

Al yanaqlı laləm ola
Yanğısı bir aləm ola.
Ney misalı naləm ola
Meylə yar olandan soruş.

Əsgəroğlum, nədir fani?
Çökdürür başdan binanı.
Görmədiyin hallar hanı?
Yoxdan var olandan soruş.