Vladimir Putinin dəbdəbəli həyat tərzindən fotolar

Hesabata görə Putinin sərəncamında 15 helokopter də var.

Putin prezident təyyarəsində. Hesabata görə Putinin xidmətində 43 təyyarə var.

Moskvanın şimalında mülk. 2000-ci ildən rəsmi iqamətgah kimi istifadə olunur. Bu bina sovet liderlərinin dincəldiyi məkan olub. 1990-cı illərdə isə istifadəsiz qalıb. 

Sankt-Peterburq yaxınlığında Konstantin Sarayı. Pyotrın zamanında yay iqamətgahı kimi tikilib. 

Qara Dəniz sahilində Soçidə Putinin iqamətgahlarından biri.

IL-96-300 sərnişin təyyarəsi də Putinin prezident donanmasına qatılıb.

Prezident Putin həmçinin bahalı maşınlardan ibarət tam bir parka sahibdir.

Putinin istifadə etdiyi "Sirius" super yaxtanı Rusiya 2011-ci ildə 40 milyon dollara alıb.

"Sirius" yaxtasında 6 cakuzi, günəş vannası üçün yerlər, idman zalı, kinosalon, 14 müxtəlif yerdə hətta kabab bişirməyə imkan verən üstü açıq məkan və bar var.

Hesabata görə Putinin ümumi dəyəri azı 700 000 dollar olan saatlar kolleksiyası da var. Onların arasında İsveçrə markası Blancpain üstünlük təşkil edir.