Lökbatandakı qəza ilə bağlı son məlumat: 7 ölü, 55 yaralı

-
Bakıda sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb. Yaralıların sayı isə 55-dir.

Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Avqustun 31-i səhər Qaradağ rayonunun Buta-Heybət dəmiryolunda Ağstafa-Bakı sərnişin qatarı ilə avtobus toqquşub.

Faktla bağlı araşdırma aparılır.