Qahirədə ABŞ səfirliyi yaxınlığında etiraz aksiyaları davam edir

Sizin brauzer HTML5-i dəstəkləmir

Misirin paytaxtı Qahirədə ABŞ səfirliyi yaxınlığında sentyabrın 12-dən başlayan etiraz aksiyaları gecə saatlarında da davm edib. Aksiyaçılar səfirliyin binasına hücuma cəhd edir, ABŞ bayraqlarını yandırırlar. Polis binanı daşa basan aksiya iştirakçılarına qarşı göz yaşardan qazdan istifadə edir. ABŞ-da çəkilən bir filmdə Məhəmməd peyğəmbərin təhqir olunduğunu deyən aksiya iştirakçıları bir neçə müsəlman ölkəsində etirazlara başlayıblar. Reuters agentliyinin videosu.