Franz Kafka. Prometey

Franz Kafka

-

Franz Kafka


PROMETEY

Prometey haqda dörd əfsanə var.

Birinci əfsanəyə görə, tanrılara xəyanət edib ilahi sirri insanlara açdığı üçün onu Qafqazda qayaya zəncirləyirlər, tanrıların göndərdiyi qartallar da gəlib onun qaraciyərini didib-yeyir, ciyəri yenidən yerinə gəldikcə, buna davam edirlər.

İkinci əfsanəyə görə, qartal dimdikləri ciyərinə saplandıqca ağrıdan-əzabdan qurtulmağa çalışan Prometey hər dəfə qayanın qoynuna daha çox sığınır. Və beləcə, o, nəhayət, daşa-qayaya qarışır.

Üçüncü əfsanəyə görə, minilliklər keçir və onun xəyanəti hamının yadından çıxır: tanrıların da, qartalların da, elə özünün də.

Dördüncü əfsanəyə görəsə, bu anlamsız məşğuliyyət hamını bezdirir: tanrıları da, qartalları da. Elə yara da bezib qaysaq bağlayır.

Qalan bircə - daşın-qayanın izaholunmazlığı olur... Əfsanə izaholunmazı izah etməyə çalışır: alt qatdakı həqiqətdən qaynaqlansa da, gəlib izaholunmazlığa dirənir.


İngilis dilindən tərcümə
almancası, ingiliscəyə tərcüməsi, ruscaya tərcüməsi

SİZCƏ, KAFKA NƏ DEMƏK İSTƏYİR?