Britaniya radikal islamçı Abu Hamzanı ABŞ-a verib

Abu Hamza al-Masri

Böyük Britaniya radikal islamçı Abu Hamza al Masri və terrorçuluqda ittiham olunan daha 4 nəfəri ABŞ-a verib.

London məhkəməsi cümə günü onların Birləşmiş Ştatlara verilməsi barədə yekun qərar çıxarıb.

Abu Hamza Birləşmiş Ştatlarda əl Qaidə ilə əlbir olmaqda və Yəməndəki terrorçulara kömək etməkdə ittiham olunur.