Vaclav Havel-80: Məşhur dissidentin həyatı dostlarının obyektivində

1975-ci il. Vaclav Havel Çex Respublikasının Şimali Bohemia əyalətində istirahət zamanı.

1974-cü il. Havel xanımı Olga ilə. İnsan haqları fəalı kimi çalışan Olga da 1996-cı ildə vəfat edib.

1975-ci il. Havel dostları ilə.

1975-ci il. Çexoslovakiyanın şimalında Hradecek-də keçirilən uzun gecə müzakirələrindən brində çəkilən foto.

Dostları və aktyorlar Havelin yeni yazdığı tamaşasının müzakirəsində. 

1975-ci il. Havel kotejdə yay toplantısına hazırlaşır.

1976-cı il. Havel öz "Auditoriya" tamaşasında baş rolda.

1990-cı il, 25 fevral. Havel prezidentlik dövrünün ilk günlərində Praqa Qəsrində pəncərədən baxır.

1990-cı il 25 fevral. ABŞ Konqresində çıxışdan yeni dönən prezident Havel Praqa Qəsrinin önünə toplaşan tərəfdarları qarşısında. 

1990-cı il 18 avqust. Rok həvəskarı olan Havel Rolling Stones qrupunun üzvləri ilə görüşdə. 

1990-cı il 18 sentyabr. Britaniyanın Baş naziri Margaret Thatcher-in Praqaya səfəri zamanı prezident Havel onu müşayiət edir.

1990-cı il 14 dekabr. Prezident Havel Portuqaliyada Atlantik Okenada.

1991-ci il 16 sentyabr. Prezident Havel və xanımı Olga Praqa qəsrində Polşa prezidenti Lech Walesanın şərəfinə naharda.

1992-ci il. Çexoslovakiya prezidenti Havelin rəsmi portreti çəkilir.

Havel 1997-ci ildə evləndiyi ikinci xanımı Dagmar ilə.

2003-cü ilin yanvarı. Prezidentlik müddətinin bitməsinə az qalmış rəsmi iqamətgahını tərk etmiş Vaclav Havel rahat nəfəs alır.