Duma uşaqların ABŞ-a övladlığa verilməni qadağan edib

Sizin brauzer HTML5-i dəstəkləmir

Rusiya parlamentinin aşağı palatası dekabrın 21-də ABŞ vətəndaşlarına övladlığa uşaq verilməsini qadağan edən qanunu təsdiqləyib. Kreml bu sənədi ABŞ-ın qəbul etdiyi “Magnitsky” qanununa cavab olaraq irəli sürüb. İndi sənədin qanun kimi qüvvəyə minməsi üçün parlamentin yuxarı palatasında da qəbulu və prezidentin onu imzalaması lazımdır. ABŞ-da qəbul olunan qanunda anti-korrupsiya fəalı və vəkil Sergei Magnitsky-nin 2009-cu ildə həbsxanada ölməsində adı hallanan məmurlara sanksiyalar nəzərdə tutulur. Reutersin videosu.