Aqşin Yeniseydən yeni kitab gəldi

Azerbaijan. Baku. Book poet Akshin Yenisey

-

Şair Aqşin Yeniseyin sayca üçüncü kitabı işıq üzü görüb. “Yüz qırx yeddi dənə sən” adlı kitabda müəllifin əsasən son yeddi il ərzində yazdığı şeirlər toplanıb.

Aqşin Yeniseyin Oxuzali.az - a bildirib ki, əvvəlki kitablardakı şeirlərdən heç biri bu kitaba salınmayıb.

“Qanun” nəşrlər evinin iki min tirajla nəşr etdiyi yeni şeir kitabı yaxın günlərdə şəhərimizin kitab dükanlarında satışda olacaq.