Siyəzən və Xızı rayonlarından görüntülər

Xızı rayonu. Repressiya qurbanı Mikayıl Müşfiqin şərəfinə Xızı dağlarında qoyulmuş abidə.

Siyəzənin Qozağacı kəndində dağ ətəyində əkinçiliklə məşğul olan ailə.

Siyəzən rayonu. Panorama.

Xızı rayonunun Qarabulaq kəndinə gedən istiqamətdə dağ silsiləsi.

Xızının Xələnc kəndi. Uşaqlar boş vaxtlarını belə keçirir.

Xızının Fındığan kəndi. Yeni doğulmuş çəpişi çiyninə alan uşaq.

Xızının Baxışlı kəndi yaxınlığında bir təbiət mənzərəsi.

Xızı rayonu. Yol kənarında qəzaya uğramış yük maşını.

Siyəzənin Eynibulaq kəndi. Kənd sakini ayağı qırılmış inəyin yanında ocaq qalayaraq onu donmaqdan qoruyur.