Danışılmış 380 futbol oyunu

Rob Wainwright (ortada) Haaqa şəhərində mətbuat konfarnsı keçirir, 4 fevral 2013

Avropa polis agentliyi Europol bütün Avropa boyu danışılmış 380-dən çox futbol oyunu aşkar edib.

Europolun rəhbəri Rob Wainwright deyib: “Biz futbol oyunlarının nəticəsini əvvəlcədən danışıb-müəyyən edən kriminal şəbəkə üzə çıxartmışıq.
15 ölkədən 425 futbol rəsmisi, futbolçu və hakim 380-dən çox oyunun nəticəsinin əvvəlcədən müəyyən olunmasına cəlb olunub”.

Onun sözlərinə görə, araşdırma müəyyən edib ki, bu mərclərdən xalis gəlir 8 milyon avro olub.
Rəsmilərə və oyunçulara rüşvətə 2 milyon avro xərclənib.

Danışılmış oyunlar arasında Dünya Kubokunun və Avropa birinciliyinin seçmə oyunları, UEFA Çempionlar liqasının iki oyunu (bunlardan biri İngiltərədə oynanılıb) , eləcə də Avropanın milli liqalarının ən çox maraq doğuran oyunları var.

Oyunlar 2008-2011-ci illər arası olub.

Bunlar Avropada olan danışlmış oyunlardır.

Wainwrightın sözlərinə görə, bunlardan əlavə Afrikada, Asiyada, Cənubi və Mərkəzi Amerikada da 300 şübhəli oyun müəyyən olunub.