Ter-Petrosian: «Raffi Hovanisian qalib gəlib»

Sizin brauzer HTML5-i dəstəkləmir

Ermənistanda prezident seçkiləri...

-
«Fevralın 18-də keçirilmiş prezident seçkisində Serzh Sarkisian seçilməyib, Raffi Hovanisian qalib gəlib»

Bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosian fevralın 23-də rəhbərlik etdiyi Ermənistan Milli Konqresinin növbədənkənar sessiyasında deyib.

«Bu gün Ermənistanda hadisələr baş verir, amma hələlik yalnız xalqın hərəkətini görürəm. Nəticələr birmənalıdır, Sarkisian seçilməyib, səslər onun xeyrinə saxtalaşdırılıb. Raffi Hovanisian qalib gəlib-bu mənim şübhə eləmədiyim reallıqdır», - deyə Petrosian qeyd edib.

O əlavə edib ki, hazırda xalq etirazlarına rəhbərlik edənlərin hərəkətini görmür:

«Hadisələrin düzgün istiqamətdə getdiyini görsək, lazımi məqamda bu etirazlara qoşulmalıyıq».

Məlumatı «Armenia Today» saytı yayıb.