Suriya müxalifəti Moskvada danışıqlar aparır

Foto arxiv

Moskvada Rusiya rəhbərliyi ilə Suriya müxalifətinin nümayəndə heyəti arasında görüş keçirilir.

Görüşdə əsasən Suriya böhranından çıxış yolları müzakirə olunacaq.
Rusiya kütləvi informasiya vasitələrinin məlumatına görə, Suriya müxalifəti görüşə münaqişənin həlli ilə bağlı konkret təkliflə gəlib.

Suriyanın rəsmi SANA agentliyinin məlumatına görə, Suriya prezidenti Bashar Assad bu gün ümummilli amnistiya elan edib.
Fərmana əsasən ölüm hökmü ömürlük həbslə əvəz olunur. Assad 2011-ci ildən bu yana bir neçə dəfə əfv fərmanı verib.