Gözəl qıza elegiya

-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin şeir 20-liyindən


Hacıbala Səfərov


Gözəl qıza elegiya



bütün qadınlar eyni dildә sevir,
bütün kişilәr fәrqli situasiyada
unudulur, gözәl qız.
biri uzaqda, biri yaxında,
biri sağında, biri solunda,
biri mәzarda unudulur, gözәl qız.

bakı vaxtı ilә ölüm heç zaman gec deyil,
burda bütün saatlar
sәndәn hamilә qalıb, gözәl qız.
işıqları söndür, pәrdәlәri çәk,
mәn sәnә dünyanın
әn sәnsiz mahnısını oxuyacam.

hәr bir gözәllik bir gün
mәhv olacaq, gözәl qız.
sәn dә, mәn dә,
sevgi dә, ölüm dә.
bircә gözyaşı qalacaq çöhrәndә
o da bәlkә nә vaxtsa kimisә dirildә.

kimsəsiz uşağın ovcundakı
son qəpiklər kimi,
sıxıb saxlamışdıq
qəlbimizdəki sevgiləri, gözəl qız.
yalnız onda başa düşdüm,
insanın özündən başqa
heç bir düşməni yoxdu.
sən də mənim
düşmənimsən, gözəl qız.

qadınlar evlәnәndә kapriz edirlәrsә
yığ bütün kaprizlәrini
bizә gәl, gözәl qız.
burda tərk edilməyin biri bir qәpikdәndi,
mәnә sәnin cehizin lazım deyil, gözәl qız.

biz tarixin sevimsiz uşaqları,
tarixsә bizim kompeyn meşәmizdir, gözәl qız.
mәn atom bombasıyam,
sәn doqquz yaşlı sevimli yapon qız.
bizi radioaktiv gözlər mәhv edir, gözәl qız.

mübtәdası sәn vә mәn olan dünyada
gәlәcәk zamanı yalnız,
ayrılıq sözü ehtiva edir, gözәl qız.
yazılan bütün sözlər,
pozulanlar qədər önəmli deyil.
alın yazım çoxdan pozulub,
səni tapa bilmirəm, gözəl qız.