Ən yaxşı şair Qəşəm Nəcəfzadə, ən yaxşı yazıçı Zakir Sadatlı

Sizin brauzer HTML5-i dəstəkləmir

Milli Kitab Mükafatı

-

Milli Kitab Mükafatının qalibləri açıqlandı.

Nəsr nominasiyasında baş mükafat “Əfqanıstan uçurumu” əsərinə görə Zakir Sadatlıya (ölümündən sonra), 2-ci mükafat “Balerina” əsərinə görə Pərvin Nurəliyevaya və üçüncü mükafat "Kara dayı" əsərinə görə Malik Dursunova verilib.

Şəhriyar del Gerani "Ən yaxşı gənc yazıçı" mükafatına layiq görülüb.

Ən yaxşı şeir müəllifi olaraq Qəşəm Nəcəfzadə mükafatlandırılıb.

1-ci yerə görə mükafat 3 min manat, 2-ci yerə görə mükafat 2 min, 3-cü yerə görə mükafat isə min manatdır.