Sədərək Ticarət Mərkəzində yanğın olub

Arxiv foto

İyunun 18-də gecə saatlarında Sədərək Ticarət Mərkəzində yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın ticarət mərkəzinin anbar hissəsində baş verib. İçərisində parfümeriya malları, alışqanlar, uşaq oyuncaqları olan anbarın 1400 kv.m hissəsi yanıb.

Yanğın səhər saat 06:00 radələrində söndürülüb.