Güclü leysan Zaqatalada fəsadlar yaradıb

Foto: Arxiv

-
İyunun 25-də Zaqatala rayonunda güclü küləklə müşahidə olunan leysan yağışı rayonda fəsadlar törədib.

Güclü külək Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala Hava Limanı ərazisindən keçən hissəsində irigövdəli ağacları aşırıb.

Bundan əlavə, xeyli sayda reklam lövhələri, yol hərəkət nişanları da leysandan zərər görüb.

Ağacların aşması nəticəsində çox sayda quş tələf olub.

Əsas fəsadlar isə rayonun Muxax kəndində qeydə alınıb.

Kənddə evlərin damını külək qoparıb, divarları uçurub.

Bir çox evlərin birinci mərtəbələrinə su dolması nəticəsində əşyalar zərər görüb.

Muxax kəndinin sakinləri zərərlə bağlı müvafiq qurumlardan kompensasiya tələb edirlər.