Štefan Füle-nin Ermənistana səfəri başlayır

Štefan Füle

-

İyulun 9-da Avropa Birliyinin Genişlənmə və Avropa Qonşuluq Siyasəti komissarı Štefan Füle-nin Ermənistana səfəri başlayır.

Komissarın Vilnüs samiti öncəsi Ermənistan liderləri ilə görüşü planlaşdırılır. Ermənistan hökuməti əmindir ki, noyabrda keçiriləcək Avropa Birliyi sammitinə qədər Assosiasiya müqaviləsini vaxtında yekunlaşdıracaq.

Štefan Füle-nin Ermənistandan sonra iyulun 11-də Gürcüstana rəsmi səfəri başlayacaq.

Avropa komissarı may ayında Bakıda səfərdə olub.