Eldar Namazov prokurorluğa çağırılıb

Sizin brauzer HTML5-i dəstəkləmir

«El» Hərəkatının rəhbəri Eldar Namazov avqustun 29-da axşam saatlarında Respublika Prokurorluğunda dindirmədən çıxıb. Günorta saat 3-də başlayan dindirmə 4 saat yarımdan çox çəkib. E.Namazov «El» Hərəkatının keçmiş sədr müavini Əflan İbrahimovun iddiası üzrə dindirilib. Həmin iddiaya əsasən, Milli Şuranın toplantılarında seçkilər dövründə ölkədə iğtişaşlar yaratmaqla bağlı çıxışlar edilibmiş.