Bu il “Nobel” almağa ən şanslı yazarlar

Haruki Murakami

-

Britaniyanın “Ladbrokes” mərc saytı bu il Ədəbiyyat üzrə Nobel mükafatını almağa ən şanslı namizədlərin adlarını açıqlayıb ("Guardian").

Xatırladaq ki, İsveç Akademiyası mükafatın qalibini gizli səsvermə ilə seçir və mərc saytları yalnız qalib gələcəyi ən çox ehtimal edilən, qələbəsinə ən çox pul qoyulan yazıçıların adlarını elan edir.

Bu il qələbəsinə ən çox pul qoyulan yazar – yaponiyalı Haruki Murakamidir.

Onun şansları 3-ün 1-ə nisbətində qiymətləndirilir.

Daha sonra Amerika yazıçısı Joyce Carol Oates (6-1), macar yazıçısı Peter Nádas (7-1), cənubi koreyalı şair Ko Un (10-1), kanadalı hekayə ustası Alice Munro (12-1) və suriyalı şair Adonis (14-1) gəlir.

Amma onu da qeyd etmək lazımdır ki, Murakaminin adı az qala 10 ildir Nobel almağa ən şanslılar arasında çəkilir.

Nobel mükafatının qalibi oktyabrda elan edilir.

Ötən il mükafat çinli yazar Mo Yana verilmişdi.

Onda “Labrokes”da ən şanslı yazar Murakami sayılırdı, Mo Yan isə ikinci idi, onun şansları 9-1-ə qiymətləndirilirdi.

Joyce Carol Oates


Péter Nádas


Ko Un


Alice Ann Munro


Adonis (Ali Ahmad Said Asbar)