Azər Abdulla “Bunin müsabiqəsi”nin uzun siyahısında

Azər Abdulla

-

Rusiyada artıq doqquzuncu dəfə keçirilən İ.Bunin adına beynəxlaq ədəbiyyat müsabiqəsinin “uzun siyahısı” elan edilib.

16 ölkədən olan yazıçıların iştirak etdiyi müsabiqədə Azərbaycan yazıçısı Azər Abdulla “Gül yağışı” (“Dojd tsvetov”) hekayəsi ilə Mixail Veller, Valeri Popov, Andrey Volos, Vera Qalaktionova kimi tanınmış rus yazıçıları ilə bir yerdə müsabiqənin uzun siyahısına daxil olub.

Müsabiqənin qısa siyahısı bu ay ərzində, qaliblər isə İ.Buninin ad günündə, oktyabrın 22-də məlum olacaq.

2004-cü ildən etibarən ənənəvi olaraq hər il keçirilən bu müsabiqənin qalibləri arasında Andrey Bitov, Daniil Qranin, Vladimir Liçutin, Aleksandr Proxanov, Boris Yevseyev, Lyudmila Petruşevskya kimi tanınmış rus yazıçıları olub.

Azər Abdulla və Maqsud İbrahimbəyov öz nəsr əsərləri ilə 2012-ci ildə “Russkaya premiya” beynəlxalq ədəbiyyat müsabiqəsinin də uzun siyahısına daxil olmuşdu.

Azər Abdullanın əsərlərini on-line kitabxanamızda oxu