MSK prezident seçkiləri ilə bağlı son məlumatları açıqlayıb

Məzahir Pənahov

-
Oktyabrın 10-da Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezident seçkiləri ilə bağlı bu ana qədər olan son məlumatları açıqlayıb.

İlham Əliyev 84,59 faizlə (3 118 287 səs) öndə gedir.
Digər namizədlərin səsləri isə belədir:
Cəmil Həsənli - 5,54% (204 209 səs)
İqbal Ağazadə 2,38% (87 847 səs)
Qüdrət Həsənquliyev - 1,98% (73 136 səs)
Zahid Oruc - 1,4% (53 352 səs)
İlyas İsmayılov - 1,09% (39 319 səs)
Araz Əlizadə - 0,86% (31 153 səs)
Fərəc Quliyev - 0,86% (31 570 səs)
Hafiz Hacıyev - 0,66% (24 254 səs)
Sərdar Məmmədov - 0,61% (22 568 səs)
M. Pənahov bildirib ki, İlham Əliyev böyük fərqlə liderdir: “Yaxın günlərdə Mərkəzi Seçki Komissiyası rəsmi qərar çıxaracaq. Rəsmi nəticələr isə təsdiq üçün 10 gün müddətində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndəriləcək.