Böyük Britaniya səfirliyi MSK-ya heç bir rəy göndərməyib

Böyük Britaniyanın bayrağı

-
"Biz seçki prosesini necə izlədiyimiz, yekun nəticələrlə bağlı mövqeyimizi açıqlamamışıq”

Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən MSK sədri Məzahir Pənahovun bütün beynəlxalq təşkilatların seçki ilə bağlı müsbət fikirdə olması barədə dediklərinə münasibət bildirərkən belə deyib.

AzadlıqRadiosuna verilən açıqlamada deyilir:

“Seçkilərdə səfirliyin özünün müşahidə missiyası olub. Britaniya hökuməti və müşahidə missiyası olaraq seçki ilə bağlı bəyanatımızın bu gün və ya sabah açıqlanacağı gözlənilir. Biz Mərkəzi Seçki Komissiyasına heç bir rəy təqdim etməmişik" deyə səfirliyin mətbuat xidmətindən bildiriblər”