Bütün məntəqələr üzrə ilkin nəticələr

Seçki məntəqələrinin hamısından ilkin məlumatlar Mərkəzi Seçki Komissiyasına daxil olub. Bu barədə MSK-nın mətbuat xidməti məlumat yayıb.

125 seçki dairəsinin 5492 məntəqəsi üzrə ilkin nəticələrə görə, hakim partiyanın prezidentliyə namizəd İlham Əliyev 84,55 faiz səslə liderliyini qoruyur.

Digər namizədlərin səsləri isə belədir:

Cəmil Həsənli - 5,53% (204 635 səs)

İqbal Ağazadə 2,40% (88 667 səs)

Qüdrət Həsənquliyev - 1,99% (73 586 səs)

Zahid Oruc - 1,45% (53 717 səs)

İlyas İsmayılov - 1,07% (39 641 səs)

Araz Əlizadə - 0,87% (32 065 səs)

Fərəc Quliyev - 0,86% (31 774 səs)

Hafiz Hacıyev - 0,66% (24 459 səs)

Sərdar Məmmədov - 0,61% (22 728 səs)