Snowden deyir ki, məxfi sənədlər Rusiyanın və Çinin əlinə keçməyib

Rusiyada sığınacaq almış Edward Snowden əminliyini bildirib ki, onun ABŞ-ın məxfi xidməti olan Milli təhlükəsizlik Agentliyindən götürdüyü sənədlərin heç biri Rusiyaya və Çinə çatmayıb.

New York Times qəzetinə müsahibəsində o deyib ki, Honq Konqdan Moskvaya yola düşəndə bütün sənədləri jurnalistlərə verib. O həmçinin deyib ki, məxfi sənədləri Çin casuslarından qoruya bilib, çünki vaxtilə ona xüsusi təlim keçilib. Snowden deyib ki, sənədlərin Rusiyanın və ya Çinin əlinə keçməsinin ehtimalı sıfırdır.