9 oktyabr seçkilərinin nəticələri təsdiqlənib

Sizin brauzer HTML5-i dəstəkləmir

Konstitusiya Məhkəməsinin oktyabrın 19-da keçirilən Plenumunda seçkinin nəticələri təsdiqlənib və seçkidə 84.54 faiz səs toplayan İlham Əliyev prezident elan edilib. İclasda iştirak edən Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli çıxış üçün söz istəyib. Amma Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev buna etiraz edib. O bildirib ki, belə iclaslarda tərəf kimi MSK və dəvət olunmuş ekspertlər çıxış edə bilərlər.