İran teatr xadimləri Azərbaycanda səfərdədir

Akademik Milli Dram Teatrı

-
İran teatr xadimləri Azərbaycanda səfərdədir

İran İslam Respublikasının teatr xadimləri Azərbaycana gəliblər.

Akademik Milli Dram Teatrının mətbuat xidmətinin AzadlıqRadiosuna bildirdiyinə görə, bu gün saat 15.30-da İran İslam Respublikasının teatr xadimləri ilə birgə mətbuat konfransı keçiriləcək.

Mətbuat konfransında Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, İran Teatr idarəsinin baş müdiri və heyətin rəhbəri Gader AŞNA, baş müdirin müavini Mehdi Şafiei, Tehran Şəhər Teatrının direktoru Atabək Naderi iştirak edəcək.

Bütün jurnalistlər dəvətlidir.