Nalbandian həmsədrlərlə görüşüb

Foto arxiv

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Yerevanda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Ermənistan mətbuatının məlumatına görə, görüşdə həmsədrlər Igor Popov, Jacques Faure , James Warlick və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk iştirak edib.

Görüşdə noyabrın 19-da Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünün davamı kimi , dekabrın 4-də xarici işlər nazirlərinin Kiyevdə görüşü və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin gələn ilin əvvəlində xarici işlər nazirlərinin yenidən görüşməsinin mümkünlüyü müzakirə olunub.