Yanukovych Kremldə Putinlə görüşüb

Vladimir Putin və Viktor Yanukovych

Ukrayna prezidenti Viktor Yanukovych Kremldə rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.

Görüşdə əsasən energetika məsələləri müzakirə olunub.Ukrayna hakimiyyəti Rusiyadan böyük kredit almaq və qaz probleminin həllini istəyir.

Ukrayna müxalifəti Kiyevin Rusiya, Belarus, və Qazaxıstanın daxil olduğu vahid gömrük
ittifaqına qoşulmaqla bağlı saziş imzalayacağını istisna eləmir.Müxalifət tərəfdarlarını bu gün axşam Kiyevin mərkəzi meydanına toplaşmağa çağırıb.Həmçinin bu gün Ukrayna parlamentinin təcili iclası keçirilir.Amma müxalifətdən olan deputatlar yenidən tribunanı blokadaya alıblar.

Müxalifət hökumətin istefası, vaxtındanəvvəl parlament və prezident seçkiləri keçirilməsini tələb edir.

Noyabrın 21-dən Ukraynada ölkənin Avropaya inqteqrasiyası tələbi ilə kütləvi aksiyalar keçirilir. Buna səbəb Ukrayna hökumətinin bu yaxınlarda Avropa Birliyi ilə asosasiya sazişi imzalamaqdan imtina eləməsi oldu.