Sigmund Freud-in külü saxlanılan vazanı oğurlamaq istəyiblər

-
Sigmund Freud-in və həyat yoldaşının külü saxlanılan vazanı oğurlamaq istəyiblər.

London polisi şəhər krematoriya binasından psixoanalizin əsasını qoyan Sigmund Freud-in və onun həyat yoldaşı Marta-nın külü saxlanılan vazanı oğurlamaq istəyənləri axtarır.

Polis oğruların krematoriyaya dekabrın 31-i və ya yanvarın 1-də girdiklərini ehtimal edir.

Binaya girən oğrular 2 min 300 il yaşı olan yunan vazasını oğurlamaq istəyiblər. Amma hansısa səbəbdən son anda bu oğurluq baş tutmayıb. Polis oğurluq cəhdi zamanı vazanın zədələndiyini bildirir.