Qafqaz Müsəlmanları İdarəsi dini təriqətlərə xəbərdarlıq edib

Təzə Pir Məsçidi

Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycanda fətva xarakterli bəyanatlar verən dini təriqətlərə, xəbərdarlıq edib.

İdarənin fətva şöbəsinin müdiri, Hacı Mirəziz Seyidzadə APA-ya bildirib ki, nəinki Azərbaycan, hətta bütün Qafqazda, yalnız ,Qafqaz Müsəlmanları İdarəsinin fətva vermək səlahiyyəti var.

O qeyd edib ki, bu cür qruplara buradan bildirmək istəyirəm ki, özbaşına hərəkətlər, hüquqları çatmayan və onlara aid olmayan işlərə qarışmaq, yaxşı nəticə verməyəcək.