İsmayıllı hadisələrindən bir il sonra (Arxiv videosu)

Sizin brauzer HTML5-i dəstəkləmir

2013-cü ilin yanvarında İsmayıllıda kütləvi etirazlar başladı, yerli sakinlər Çıraq otelini yandırdılar. Şəhərə yeridilən təhlküəsizlik qüvvələri iğtişaşları yatırdı. Onlarla adam həbs olundu. Cinayət məsuliyyətinə cəlb olan 18 nəfər müxtəlif müddətlərə azadlıqdan məhrum edildilər. Onların arasında REAL hərəkatının sədri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublu da var idi. AzadliqRadiosu hadisələrdən 1 il sonra baş verənlərə yenidən nəzər salmışdı. 1 il əvvəl hazırlanmış videonu yenidən diqqətinizə təqdim edirirk.