Erməni kəşfiyyat-diversiya qrupunun bələdçisi ələ keçirilib

Foto arxiv

Azərbaycanın Müdafiə Nazirliyi Tovuzda erməni kəşfiyyat-diversiya qrupunun bələdçisinin ələ keçirildiyini bildirir.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ermənilərin kəşfiyyat-diversiya qrupu bu gün saat 15 radələrində Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.Qısa atışmadan sonra geri çəkilən qrupun bələdçisi Mamiko Xocayan silahlı və yaralı vəziyyətdə ələ keçirilib.
Araşdırma gedir.