Avropa Birliyi Ukraynaya 11 milyard avro yardım təklif edib

Jose Manuel Barroso

Avropa Komissiyası yaxın bir neçə il ərzində Ukraynaya 11 milyard avro yardım paketi təqdim edib.

Komissiyanın sədri Jose Manuel Barroso bildirib ki, bu vəsait Ukrayna hökumətinin islahatlar aparmasına sərf ediləcək.

Cümə axşamı Avropa Parlamenti və Avropa Birliyi ölkələri liderlərinin Brüssel görüşündə Ukraynaya yardım məsələsi müzakirə olunacaq.