Rusiya ordusu Krımı, Putinin şəkilləri də jurnallarının üz qabığını zəbt edir

The Economist-in baş səhifəsində dərc olunan bu şəkili ancaq bir cürə yozmaq olar - "Krım hadisələrinin arxasında Putin durur"

"Putinin Krım müharibəsi. Rusiya hansı kartlarla oynayır? Polşanı hansı təhlükə gözləyir?" deyə Polşada dərc olunan həftəlik "Polityka" jurnalı sual edir

"Newsweek" həftəliyinin Polşa dərgisi isə soyuq müharibə illərində Sovetlər haqda işlədilən məşhur "Şər imperiyası" ifadəsinə qayıdır

"Arsonist Putini kim dayandıracaq?"  deyə Almaniyanın Der Spiegel jurnalı soruşur (Arsonist, qisas məqsədilə başqalarının mülkiyyətini yandıran adamlara deyilir)

Hollandiya dərgisi "Elsevier" isə sualı belə qoyur "Putin öz imkanlarını bilrimi?" (Söz oyunudur - eyni zamanda "Putin sərhədləri tanıyırmı?" kimi yozula bilər)

Böyük Britaniyanın The Spectator məşhur "Rus ayısı" simvolikasına qayıdır

Rusiyanın "Argumenty i fakty" qəzetində Krım Rusiyaya tərəf üzən yelkənli qayıq kimi təqdim olunur

Rusiyanın "Novaya gazeta" hərbi kütbeynliyin zarafat ifadəsi olan "Sürətli tanklarda cəfəngiyyat yolu ilə irəli!" ifadəsini başlığa çıxarıb. Ətçəkən formasındakı top şəkli ilə qəzet iddia edir: "Ukraynanın müdafiəsi bəhanəsi ilə Moskva özünün sadə vətəndaşlarına zərbə vurmaq qərarına gəlir"

"Russky reporter" current-affairs weekly asks, "Can War Be Averted?"

"Yəni Lenin bu qədər qiymətlidir?" sualını başlığa çıxaran Ukraynanın "Korrespondent"  jurnalı iddia edir ki, maydana qarşı olan vətəndaşlar əsasən kommunist təfəkkürlü adamlardır

Çexiyanın "Respekt" həftəliyi sinsəsində qızıl ulduz və enli qaşlı Putini təsvir etməklə onun dünyagörüşü ilə sovet lideri Leonid Brezhnevin Dünyaya baxışı arasında oxşarlıq tapır