"Neft və milyonlar kəndi" - Balaxanı bu gün.

Balaxanı kəndi Bakının Şimal-Şərqində, Abşeron yarmadasının mərkəzində yerləşir. Bakının ən qədim kəndlərindən biridir. Qədimiliyi ilə yanaşı neftlə zənginliyi ilə də seçilir.

1869-cu ildə Balaxanıda ilk dəfə olaraq mexaniki vurma üsullu quyu qazılır, quyudan neft çox sürətlə çıxmış və üç gün ərzində həmin quyu ətrafı neft gölünə döndərmişdir. 1873-1878-ci illərdə Balaxanıda 47 belə güclü neft quyusu qazılıb. Bu dövrdə xarici şirkətlər Balaxanıda çoxlu torpaqlar əldə ediblər, Nobel qardaşları, Rotşild, Rokfeller kimi milyonçular, rus kapitalistləri mədənlər salıblar.

Robert Nobel 1873-cü ildə Bakıya gələrək Balaxanıda neft istehsalı ilə məşğul olmağa başlamışdır. Artıq XX əsrin əvvəllərində Balaxanıda onlarca yerli və xarici neft şirkətləri və onların mədənləri, karxanaları fəaliyyət göstərirdi.

Neftlə zəngin olmasına baxmayaraq tarixən yerli əhali o qədər də bu zənginlikdən fayda götürməyiblər. Hətta bu mövzu film mövzusu da olub. Rus rejissor Boris Svetlovun İbrahim bəy Musabəyovun əsəri əsasında 1916-cı ildə "Neft və milyonlar səltənətində" filmini Balaxanı yanındakı "Xorazan" adlı yerdə çəkmişdir.

"Xorazan" adlanan bu ərazidə çəkilmiş filmdə yerli əhalinin XX əsrin əvvəllərindəki həyatını, Bakı müsəlman milyonçularının məişətini, bir parça çörək üçün neft mədənlərində ən çətin şəraitdə işləyib yaşayan fəhlələrin ağır güzəranını ekranda canlandırılmışdır.

XX əsrin əvvəllərindən qalmış neft quyusu. Taxta əhatəli bu quyular indi istismar edilmir.

Həmin filmin çəkilişindən 98 il keçməsinə baxmayaraq Balaxanı reallığı dəyişməyib, filmin mövzusu hələ də aktualdır.

Neft gölməçələri içində yaşayan bu insanlar yerli əhali ilə yanaşı, bölgələrdən iş üçün Bakıya gələnlərdir.

1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən qəsəbədə təxminən 13.9 min nəfər əhali yaşayır.

1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən qəsəbədə təxminən 13.9 min nəfər əhali yaşayır.

Amma bu ərazidə yaşayanların rəsmi rəqəmlərdən bir neçə dəfə çox olduğu güman edilir. Çünki yeni salınmış məhəllələrdə sənədləşmə aparılmadığından əhali rəsmi siyahıya alınmayıb. Həmçinin qeydiyyatsız yaşayanlarında sayı hədsizdir.

Bəzi məhəllələrdə gediş-gəliş yolu neft gölməçələrinin içindən keçir. Bir çox evlərin həyətləri də neftlə zəngindir.

Məzarlıqda oynayan uşaqlar.

"Neft və milyonlar səltənətində" filminin çəkildiyi ərazi - Xorazan.

Neft gölməçəsi və gölməçədə əksi görünən neft mancanağı.

Xorazan və yeni salınmış məhəllələr.

Balaxanı məzarlığı və hündürlükdən görünən Balaxanının bir hissəsi.